Ramin Musayev: «Nikolov təmənna deyəndə nəyi nəzərdə tutur?»

XƏBƏR 19 Noyabr 2008 / 18:20 4270
-  A +

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev «İnter»in rəhbəri Georgi Nikolovun Azərbaycan hakimlərinin oyunları təmənnalı idarə etməsilə bağlı fikirlərinə münasibət bildirib. Qol.Az saytına açıqlamasında R.Musayev hazırda yerli hakimlərin səviyyəsindən razı qaldığını söyləyib: «Əcnəbi hakimlərin ölkəmizə gətirilməsinin əleyhinəyəm. O ki qaldı Nikolovun hakimlərin oyunları təmannalı idarə etməsilə bağlı dediklərinə, bu fikirlə razı deyiləm. Hakim də insandı, səhv buraxa bilər. Əsas odur ki, qərəzlilik yoxdu. Nikolov təmənna deyəndə nəyi nəzərdə tutur? Klub prezidentləri ilə söhbətdə dəfələrlə bu məsələyə toxunmuşam. Elə Nikolovun özündən də soruşmuşam ki, hakimlərə pul vermisiniz? Deyib ki, yox. Əgər klub rəhbərləri hakimləri satın almırlarsa, onda bu işi kim görür? Azarkeşlər? Gülməlidi! Ötən mövsüm əcnəbi hakimlər gəlmişdilər, gördünüz, nə qədər səhvləri oldu?! Biz həmişə yadları özümüzkünlərdən üstün tutumuşq. Bu, düzgün deyil".


Son xəbərlər