Amit Quluzadə Kosovo klubunda - rəsmi

Amit Quluzadə Kosovo klubunda - rəsmi
XƏBƏR 23 Yanvar 2018 / 17:06 5800
-  A +

"Səbail"in sabiq futbolçusu Amit Quluzadə Kosovonun "Drita" klubuna transfer olunub.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 25 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalanıb. Müqavilənin müddəti barədə məlumat verilməyib. Onun bu həftə komandaya qoşulacağı bildirilib.

Qeyd edək ki, "Drita" hazırda Superliqada 30 xalla 3-cü pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər