"Billiat istənilən halda "Qarabağ"a gedəcək"

"Billiat istənilən halda "Qarabağ"a gedəcək"
XƏBƏR 23 Yanvar 2018 / 16:59 6967
-  A +

Zimbabve mətbuatı "Mamelodi Sandaunz" klubunun hücumçusu Xama Billiatın "Qarabağ"a keçəcəyi ilə bağlı ortaya növbəti iddia atıb.

Qol.az-ın məlumatına görə, "herald.co.zw" saytı 27 yaşlı forvardın istənilən halda yanvar ayının sonuna kimi Ağdam klubuna transfer olunacağını yazıb. "Mamelodi Sandaunz" klubunun baş məşqçisi Pitso Mosimane də elə bu sayta açıqlamasında Billiatın komandadan ayrılacağı xəbərini təsdiqləyib:

"Xamaya görə üzülürəm. Biz onu çox sevirik. Komandada qalsa, buna sevinərik. Amma bu, mənim əlimdə deyil. Hər şey futbolçu ilə menecerinin, eyni zamanda, rəhbərliyin söhbətindən asılıdır. Mənim işim komandanı hazırlamaq və daha da yuxarı qaldırmaqdır. Digər məsələlərə qarışmıram".

Qeyd edək ki, Billiatın adı bir müddətdir "Qarabağ"la hallanır. Onun hazırkı komandası ilə 6 aylıq müqaviləsi var.

Daha çox


Son xəbərlər