"Arsenal"ın futbolçusu "Everton"da

"Arsenal"ın futbolçusu "Everton"da
XƏBƏR 16 Yanvar 2018 / 21:00 5572
-  A +

“Arsenal”ın yarımmüdafiəçisi Teo Uolkott “Everton”a keçməyə yaxındır.

Qol.az-ın “BBC”yə istinadən yaydığı xəbərə görə, 28 yaşlı futbolçu bu gün tibbi müayinədən keçmək üçün “Everton”un bazasına gedib.

İngiltərəli futbolçu ilə yaxın günlərdə müqavilə imzalanağı gözlənilir.

Qeyd edək ki, 2006-cı ildən “Arsenal”da çıxış edən Uolkott bu mövsüm Premyer Liqada 6 oyunda meydana çıxıb.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi