"Real"ın pis oynadığını deyənlərin futboldan başı çıxmır"

"Real"ın pis oynadığını deyənlərin futboldan başı çıxmır"
XƏBƏR 14 Yanvar 2018 / 15:30 4205
-  A +

"Yaxşı oyun idi. Bu cür davam etməliyik. Bu mövsüm qalib gəlmək üçün qarşıda hələ çox oyunlarımız var".

Qol.az-ın məlumatına görə, bu sözlər "Real"ın yarımmüdafiəçisi Toni Kroosa aiddir. Alman futbolçu La Liqanın 19-cu turunda "Vilyarreal"a məğlubiyyətdən sonra "kral klubu"nun çıxışını tənqid edənlərə şəxsi "tvitter" hesabı vasitəsilə cavab verib:

"Düzdür, indi biz və azarkeşlərimiz üçün çətin vaxtdır. Amma kimsə "Vilyarreal"la matçda bizim pis oynadığımızı deyirsə, onun futboldan heç bir anlayışı yoxdur".

Qeyd edək ki, dünən "Real" doğma meydanda "Vilyarreal"a 0:1 hesabı ilə uduzub.

Daha çox


Son xəbərlər