Muarem Muaremin yeni klubu məlum oldu

Muarem Muaremin yeni klubu məlum oldu
XƏBƏR 12 Dekabr 2017 / 01:12 7191
-  A +

"Qarabağ"ın sabiq futbolçusu Muarem Muaremin yeni klubu məlum olub.

Qol.az-ın məlumatına görə,  Qazaxıstanın "Aktobe" klubundan ayrılan makedoniyalı futbolçu karyerasını Albaniyada davam etdirəcək.

29 yaşlı yarımmüdafiəçi "Flamutari" klubu ilə 1.5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 2012-2015-ci illərdə və 2016/17 mövsümündə "Qarabağ"da çıxış edən Muarem bu ilin yayında “Aktobe”yə keçmişdi.

Daha çox


Son xəbərlər