UEFA reytinqi açıqlandı - "Qarabağ" neçəncidir?

UEFA reytinqi açıqlandı -  "Qarabağ" neçəncidir?
XƏBƏR 8 Dekabr 2017 / 13:01 7150
-  A +

Çempionlar Liqasının qrup mərhələsindən sonra klubların UEFA reytinqi açıqlanıb.

Qol.az-ın məlumatına görə, keçirilən oyunlar siyahıda müəyyən dəyişiklərə səbəb olub.

Son olaraq “Roma” ilə qarşılaşan və 0:1 hesabı ilə uduzan “Qarabağ” bir pillə geriləyib. Buna həm də “Astana”nın “Slaviya” üzərində qələbəsi (1:0) səbəb olub. Qazaxıstan klubu Avropa Lqiasının qrup mərhələsinin son turunda qazandığı qələbə ilə bir pillə irəliləyərək 67-ci yeri ələ keçirib.

Hazırda 68-ci pillədə qərarlaşan çempionumuzun 20.500 xalı var. BATE və “Yanq Boyz” da eyni xalla “Qarabağ”a şərikdir.

Siyahıya İspaniya “Real”ı başçılıq edir.

Qeyd edək ki, reytinq klubların avrokuboklarda son beş mövsümdəki göstəricilərinə əsasən hazırlanıb.

Daha çox


Son xəbərlər