“Bakı” və “Neftçi”nin oyunları yenə təxirə salındı

XƏBƏR 13 Aprel 2010 / 15:59 1931
-  A +

Həftəsonu Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici komandaları arasında təşkil olunan ölkə çempionatında növbəti turun oyunları keçiriləcək. Lakin Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən xəbərinə görə, son turlarda olduğu kimi, bu dəfə də 2 oyun baş tutmayacaq. Belə ki, "Bakı"nın 4 üzvünün və "Neftçi"nin 6 üzvünün 19 yaşlılardan ibarət Azərbaycan milli komandasının heyətində təlim-məşq toplanışında olması səbəbindən 28-ci turun "Muğan" - "Neftçi" oyunu mayın 4-də, "Bakı" - "İnter" oyunu isə mayın 11-də keçiriləcək.
Turun digər görüşləri isə bunlardı və aşağıdakı tarixlərdə keçiriləcək:

Əvəzedicilərin çempionatı
28-ci tur

16 aprel (cümə)

"Qəbələ" - "Qarabağ"
Qəbələ. Şəhər stadionu, süni örtüklü meydança

"Standard" - "Xəzər Lənkəran"
Bakı. "Şəfa" stadionu, 4-cü meydança

"Karvan" - "Turan"
Yevlax. Şəhər stadionu, ehtiyat meydança

"Simurq" - "Olimpik-Şüvəlan"
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

Bütün oyunlar saat 16:00-da başlanır.

Daha çox


Son xəbərlər