İsveçrə və Xorvatiya dünya çempionatında

İsveçrə və Xorvatiya dünya çempionatında
DÜNYA FUTBOLU 13 Noyabr 2017 / 01:34 6572
-  A +

Bu gün DÇ-2018-in pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Qol.az-ın məlumatına görə, bu gün iki matç keçirilib. İsveçrə Şimali İrlandiyanı qəbul edib. Bu komandalar arasında ilk görüşdə İsveçrə 1:0 hesabı ilə qalib gəlib. Cavab matçında qolsuz bərabərlik qeydə alımdığından isveçrəlilər mundiala vəsiqə əldə ediblər.

Digər oyunda Xorvatiya Yunanıstanın qonağı olub. Bu görüşdə də qapılara qol vurulmayıb. Birinci qarşılaşmada 4:1 hesabı ilə qalib gələn Xorvatiya DÇ-2018-ə vəsiqə əldə edib.


12 noyabr


DÇ-2018 pley-off mərhələsi, cavab oyunları

İsveçrə - Şimali İrlandiya - 0:0
İlk oyun: 1:0

Yunanıstan - Xorvatiya - 0:0
İlk oyun: 1:4

 

Daha çox


Son xəbərlər
18.10.18  23:00

UEFA-dan PSJ-yə cəza