Təbriz Həsənov: "Texniki və taktiki hazırlıq üzərində çalışacağıq”

Təbriz Həsənov: "Texniki və taktiki hazırlıq üzərində çalışacağıq”
XƏBƏR 13 Aprel 2010 / 10:53 2089
-  A +

Aprelin 18-dək Bakı şəhərində təlim-məşq toplanışı keçəcək 16 yaşadək futbolçulardan ibarət milli komanda Sağan Olimpiya Kompleksində ilk məşqini keçirib. Qol.Az-ın məlymatına görə, yığmanın baş məşqçi Təbriz Həsənov AFFA-nın rəsmi saytına müsahibəsində təlim-məşq toplanışı və keçiriləcək yoldaşlıq oyunları ilə bağlı fikirlərini bildirib: “Biz əsasən texniki-taktiki hazırlıq üzərində işləyəcəyik. Ayın 13-də “Neftçi”nin 17 yaşlılardan ibarət komandası ilə yoldaşlıq oyunu keçirəcəyik. Çünki Gürcüstanla oyundan əvvəl bizə bəzi taktiki gedişləri hazırlamaq lazımdır. Heyəti müəyyənləşdirmək üçün “Neftçi” ilə yoldaşlıq oyunu keçirəcəyik. Ondan sonra proqram əsasında texniki və taktiki hazırlıq üzərində çalışacağıq. Çalışacağıq ki, bunları təkmilləşdirək, oyuna tam hazır vəziyyətdə çıxaq” - deyə T.Həsənov vurğulayıb.

Daha çox


Son xəbərlər