"Anji" qələbə qazandı, Mahir Şükürov meydanı xərəkdə tərk etdi

XƏBƏR 11 Aprel 2010 / 14:47 2033
-  A +

Azərbaycan millisinin müdafiəçisi Mahir Şükürovun çıxış etdiyi “Anji” klubu bu gün Rusiya çempionatında növbəti oyununu keçirib. Qol.Az-ın xəbərinə görə, Mahaçqala təmsilçisi V tur çərçivəsində Novosibirskdə “Sibir” komandasının qonağı olub. “Anji”nin baş məşqçisi Hacı Hacıyev həmyerlimizə start heyətində yer verib.

Xatırladaq ki, II turda qırmızı vərəqə aldığından cəzalı duruma düşən futbolçumuz növbəti həftə meydana çıxa bilməmişdi. IV turda da Mahir ehtiyatda qalmışdı.

Gərgin keçən oyun 2:4 hesabı ilə "Anji"nin xeyrinə başa çatıb.

Oyunun 68-ci dəqiqəsində myedan sahiblərindən Aleksey Aravin, 2 dəqiqə sonra Aleksandr Makarenko Mahir Şükürova qarşı kobudluq etdiyi üçün qırmızı vərəqə alaraq, meydandan qovulub. Mahir bu oyunda üçüncü qolun ötürməsini verib. Oyunun 73-cü dəqiqəsində Məhir Şükürov ciddi zədə alıb və meydanı xərəkdə tərk edib.

Qazanılan 4:2 hesablı qələbədən sonra “Anji” xalını 7-yə çatdırıb.

Daha çox


Son xəbərlər