Zidan ilin məşqçisi olmasından danışdı

Zidan ilin məşqçisi olmasından danışdı
XƏBƏR 24 Oktyabr 2017 / 12:30 2160
-  A +

“Mən səhnədən daha çox futbol meydançasını sevirəm”.

Qol.az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, bu sözləri dünyanın ən yaxşı məşqçisi seçilən Zinəddin Zidan söyləyib.

“18 aydır “Real”dayam. Bilmirəm, hələ burda nə qədər çalışacağam. Amma “Real”dakı işimi bəyənirəm. Üçüncü Çempionlar Liqası kuboku? Mümkündür. Buna cəhd edəcəyik”.

Zidan bildirib ki, FİFA-nın onu ilin ən yaxşı məşqçisi adına layiq görməsi ağır işinin yekun nəticəsidir: “Mən bu mükafatı qazanmağıma görə böyük sevinc içindəyəm. Klubuma, ilk növbədə isə futbolçularıma minnətdaram. Çünki məhz onların sayəsində nəticə qazanırıq”.

Daha çox


Son xəbərlər