AFFA-nın baş katibi Elxan Məmmədov “Report” agentliyinə müsahibə verib. Müsahibəni təqdim edirik.
- “Qarabağ” Çempionlar Liqasının (ÇL) qrup mərhələsində İspaniya “Atletiko”su ilə qolsuz heç-heçə etməklə ilk xalını qazandı. Matçla bağlı nə deyə bilərsiniz?
- Bu, çox böyük nəticədir. “Qarabağ”ın dünən kimə qarşı oynadığını unutmayaq. “Atletiko” son illərdə 2 dəfə ÇL-in finalında oynayan komandadır. Oxşar heyət və həmin baş məşqçi ilə Bakıya gəldilər. Onlara üç xal lazım olduğu üçün qələbə qazanmaq istəyirdilər. Lakin matça baxandan sonra deyə bilərik ki, “Qarabağ” “Atletiko” ilə görüşdə 3 xaldan oldu. Qələbə qazanmağa layiq idi və buna imkan da vardı. Komandamız çox gözəl futbol sərgilədi, yaxşı mübarizə apardı. Qol vurmaq üçün bir neçə fürsət oldu.
- Hazırda Dino Ndlovunun rəqibin cərimə meydançasında yıxıldığı epizodda referinin 11 metrlik nöqtəni deyil, “Qarabağ”ın hücumçusuna 2-ci sarı vərəqə göstərməsi daha çox müzakirə olunur...
- Bununla bağlı şifahi formada UEFA-ya öz fikrimizi bildirəcəyik. Bu məsələyə bir də baxsınlar, araşdırsınlar və müvafiq qərar qəbul etsinlər. Matçda UEFA-nın nümayəndəsi də olur. Hakim-inspektor referiyə müvafiq qiymət verəcək. Həmin epizodun təkrarına baxanda referinin səhvə yol verdiyini görmək olur. Penalti var idi.
- Sizcə, bu epizod “Qarabağ”ın qapısı qarşısında olsaydı, hakim düşünmədən penalti verərdi?
- Onu demək çətindir. Rəsmi qaydada bu cür söz söyləyə bilmərəm.
- Bir müddət əvvəl futbolda videotəkrarla bağlı yazı yazmışdınız. Düşünmürsünüzmü ki, VAR sisteminin köməyi məhz belə anlarda lazımdır?
- Bu cür epizodları görəndə və özümüz yaşayanda, düşünürük ki, videotəkrar olmalıdır. Bunun xeyri var. Lakin hələlik videotəkrar sistemi təsdiqlənməyib. Hazırda test rejimində tətbiq olunur və yoxlanılır. UEFA öz analizlərini aparır. Ola bilsin, gələcəkdə təsdiqlənsin. Amma bu məsələnin yaxın 2-3 ildə həll olunacağına inanmıram. Çünki burada yalnız texniki avadanlıqlar deyil, insan resursları da tələb olunur.
- Dino Ndlovunun epizoduna siyasi səviyyədə də münasibət bildirilib və referinin qərarı siyasi amillərlə əlaqələndirilib...
- Bunu siyasətə bağlamazdım, sadəcə, baş hakimin səhvidir.
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
Hidayət Heydərov yarımfinalda - Avropa çempionatı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu