"Həmişə belə oynasaq, heç nə edə bilmərik" - Felipe Luis

"Həmişə belə oynasaq, heç nə edə bilmərik" -  Felipe Luis
XƏBƏR 19 Oktyabr 2017 / 02:00 4794
-  A +

"Bu qədər anlaşılmazlıq ola bilməz. Məşqdə etdiklərimizi meydanda göstərə bilmirik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Atletiko"nun futbolçusu Felipe Luis Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la keçirilən oyundan sonra deyib.

Braziliyalı müdafiəçisi İspaniya mətbuata açıqlamasında qolsuz heç-heçənin onlar üçün çox pis nəticə olduğunu bildirib:

"Bizim qarşımıza qoyduğumuz hədəflərimiz var. Amma həmişə "Qarabağ"a qarşı oynadığımız kimi oynasaq, heç nə edə bilmərik. Bakıdan 1 xalla ayrılmaq bizim üçün çox pis nəticədir. Bu oyunu analiz etmək üçün vaxtımız da çox azdır. Niyə belə zəif çıxışetməyimizin səbəbini axtarmalı və nəticə çıxarmalıyıq”.

Daha çox


Son xəbərlər