Gəncə stadionu oyuna hazırdır - Şəkil

Gəncə stadionu oyuna hazırdır - <b style="color:red"> Şəkil</b>
XƏBƏR 13 Oktyabr 2017 / 16:10 2773
-  A +

Gəncə şəhər stadionunun əsas meydançasının yenilənməsi prosesi başa çatıb.

Qol.az-ın “Kəpəz”in rəsmi saytına istinadən yaydığı xəbərə görə, may ayının əvvəllərindən təmirə bağlanan arenada ot örtüyü dəyişdirilərək yenisi ilə əvəz olunub.

SİS şirkət tərəfindən salınan qazon 5 ay ərzində müasir standartlara cavab verən vəziyyətə gətirilib. Ötən həftə xarici mütəxəssislər stadionda olaraq xüsusi texniki cihazlar vasitəsilə ot örtüyünün keyfiyyətini yoxlamadan keçiriblər. Təftişin nəticələri uğurlu olub. Son tamamlama işlərindən sonra isə meydança təhvil verilib.


Xatırladaq ki, Gəncə şəhər stadionunun əsas meydançasının yenilənməsi AFFA-nın maliyyə dəstəyi ilə həyata keçirilib. 

Əlavə edək ki, “Kəpəz” yenilənmiş meydançada iilk oyununu oktyabrın 21-də “Neftçi”yə qarşı keçirəcək.

 

Daha çox


Son xəbərlər
19.09.18  18:00

Millimiz məğlub oldu