UEFA-dan klublarımıza növbəti ödəniş

UEFA-dan klublarımıza növbəti ödəniş
XƏBƏR 11 Oktyabr 2017 / 14:49 3336
-  A +

UEFA Azərbaycan klubları üçün növbəti ödəniş edib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, qitə futbol qurumunun 19 iyul 2016-cı il tarixli 39 nömrəli məktubuna və həmin məktubun 3.1.3-cü bəndinə əsasən, kommersiya fəaliyyətindən irəli gələn əlavə gəlirlərin seçmə mərhələlərdə iştirak edən klublara bölüşdürülməsi nəzərdə tutulub.
 
Ayrılmış həmin maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada  aşağıda göstərilmiş klubların hesabına köçürülüb:
 
“Qarabağ” – 75 min 450 avro
“Neftçi” –  33 min 220 avro
“Qəbələ” –  50 min 960 avro
“Kəpəz”–  33 min 220 avro
 
“Kəpəz” klubu üçün nəzərdə tutulmuş vəsait  klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.

 

Daha çox


Son xəbərlər