"Beşiktaş" və "Real" qalib gəldi, "Monako" uduzdu

"Beşiktaş" və "Real" qalib gəldi, "Monako" uduzdu
DÜNYA FUTBOLU 27 Sentyabr 2017 / 00:51 17727
-  A +

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin ikinci turuna start verilib.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə E, F, G və H qrupunda yer alan komandalar meydana çıxıb.

E qrupunda Moskva “Spartak”ı “Liverpul”u qəbul edib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb. İlk turda “Liverpul” səfərindən 1 xalla qayıdan “Sevilya” isə “Maribor”u sınağa çəkib və 3 cavabısz qolla qalib gəlib.

Birinci turu qələbə ilə başa vuran “Mançester Siti” və “Şaxtyor” birincilərin meydanında üz-üzə gəlib. Görüş ingilislərin qələbəsi ilə başa şatıb - 2:0. “Napoli” isə ilk qələbəsini “Feyenord” üzərində qazanıb - 3:1.

Səfərdə “Portu”nu məğlub etməklə turnirə əla start verən “Beşiktaş” ardıcıl ikinci qələbəsini debütant “Leypsiq” üzərində qazanıb - 2:0. “Monako” doğma divarlar arasında gözlənilmədən "Portu"ya 3 qolla uduzub.

Günün ən çox maraq doğuran matçı Dortmundda oynanılıb. “Borussiya” “Real”la üz-üzə gəlib. Qonaqlar 3:1 heablı qələbə qazanıb. “Tottenhem” isə Kiprə səfərində APOEL-ə 3 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, “Qarabağ” bu gün “Roma”nı qəbul edəcək.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, ikinci tur

26 sentyabr

E qrupu

22:45. “Spartak” (Moskva, Rusiya) - “Liverpul” - 1:1
Qollar:
Fernando, 23 (1:0), Koutinyo, 31 (1:1)

22:45. “Sevilya” (İspaniya) - “Maribor” (Sloveniya) - 3:0
Qollar:
Ben Yedder, 27, 38, 83

1.

Sevilya

2

1

1

0

5:2

4

2.

Liverpul

2

0

2

0

3:3

2

3.

Spartak Moskva

2

0

2

0

2:2

2

4.

Maribor

2

0

1

1

1:4

1





F qrupu

22:45. “Mançester Siti” (İngiltərə) - “Şaxtyor” (Ukrayna) - 2:0
Qol:
De Brune, 48, Sterlinq, 90

22:45. “Napoli” (İtaliya) - “Feyenord” (Hollandiya) - 3:1
Qol:
İnsinye, 7, Mertens, 49, Kallexon, 70 - Amrabat, 90+3

1.

Mançester Siti

2

2

0

0

6:0

6

2.

Şaxtyor Donetsk

2

1

0

1

2:3

3

3.

Napoli

2

1

0

1

4:3

3

4.

Feyenoord

2

0

0

2

1:7

0

 
G qrupu

22:45. “Beşiktaş” (Türkiyə) - “Leypsiq” (Almaniya) - 2:0
Qol:
Babel, 11, Taliska, 43

22:45. “Monako” (Fransa) - “Portu” (Portuqaliya) - 0:3
Qollar:
Abubakar, 31, 69, Layun 89

1.

Beşiktaş

2

2

0

0

5:1

6

2.

Porto

2

1

0

1

4:3

3

3.

Leypsig

2

0

1

1

1:3

1

4.

Monako

2

0

1

1

1:4

1



H qrupu

22:45. “Borussiya” (Dortmund, Almaniya) - “Real” (İspaniya) - 1:3 
Qol:
Beyl, 18 (0:1), Ronaldo, 50 (0:2), Obameyanq, 54 (1:2), Ronaldo, 79 (1:3)

22:45. APOEL (Kipr) - “Tottenhem” (İngiltərə) - 0:3
Qollar:
Keyn, 39, 62, 67

1.

Tottenhem

2

2

0

0

6:1

6

2.

Real Madrid

2

2

0

0

6:1

6

3.

Dortmund

2

0

0

2

2:6

0

4.

APOEL

2

0

0

2

0:6

0

 



27 sentyabr

C qrupu

20:00. “Qarabağ” (Azərbaycan) - “Roma” (İtaliya)

22:45. “Atletiko” (İspaniya) - “Çelsi” (İngiltərə)

A qrupu

22:45. “Bazel” (İsveçrə) - “Benfika” (Portuqaliya)

22:45. MOİK (Rusiya) - “Mançester Yunayted” (İngiltərə)

B qrupu

22:45. PSJ (Fransa) - “Bavariya” (Almaniya)

22:45. “Anderlext” (Bekçika) - “Seltik” (Şotlandiya)

D qrupu

22:45. “Yuventus” (İtaliya) - “Olimpiakos” (Yunanıstan)

22:45. “Sportinq” (Portuqaliya) - “Barselona” (İspaniya)


Son xəbərlər