Foqts alman klublarını tənqid etdi

Foqts alman klublarını tənqid etdi
XƏBƏR 21 Sentyabr 2017 / 12:29 3016
-  A +

Millimizin  sabiq baş məşqçisi Berti Foqts Avropa Liqasında mübarizə aparan Almaniya klublarını tənqid edib.

Qol.az-ın məlumatına görə, “Bild”ə danışan alman mütəxəssis həmyerlilərinin Avroliqada zəif çıxış etdiyini deyib: “Almaniya klubları sonuncu dəfə hazırda Avropa Liqası adlanan UEFA Kubokunu nə vaxt qazanıblar? Bu, 20 il əvvəl “Şalke”nin qələbəsi olub. Almaniya klublarının yarışda uğursuz çıxışına görə Bundesliqa əziyyət çəkir. Klublar Avropa Liqasına ciddi yanaşmırlar. UEFA isə UEFA kuboku adlı turniri şişirdərək Avropa Liqası etdi və artıq cavabını da alıb”.

Daha çox


Son xəbərlər