La Liqa klubu cərimələndi - azarkeş azlığına görə

La Liqa klubu cərimələndi -  azarkeş azlığına görə
XƏBƏR 20 Sentyabr 2017 / 18:00 4737
-  A +

İspaniya Futbol Federasyası (İFF) "Selta" klubunu cərimələyib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, səbəb "Selta"nın ilk iki ev oyununda tamaşaçı sayının az olmasıdır.

Yeni qaydalara əsasən, oyunun yayımı zamanı əsas kamera ilə üzbəüz sektorun ən azı 70 faizi dolmalıdır.
"Selta" isə bu tələbi yerinə yetirə bilmədiyi üçün pul cəzasına məruz qalıb. Komandanın ilk iki ev oyununa orta hesabla 17 min 172 tamaşaçı gəlib.

"Selta" İFF-nin bu qərarından sonra "Xetafe" ilə sentyabrın 21-də keçirəcəyi növbəti ev oyununda kamera ilə üzbəüz tribunaya biletlərin qiymətini 40 avroya endirib.

Qeyd edək ki, "Selta"nın ev oyunlarını keçirdiyi "Balaidos" stadionu 32500 azarkeş tutumuna malikdir.

Daha çox


Son xəbərlər