"Prosineçki xorvatlar üçün qəhrəmandır" - Rakitiç

"Prosineçki xorvatlar üçün qəhrəmandır" - Rakitiç
XƏBƏR 20 Sentyabr 2017 / 11:10 3387
-  A +

“Valideynlərim xorvatiyadandır. Lakin onlar Bosniya müharibəsindən bir qədər əvvəl İsveçrəyə köç ediblər. Orada böyümüşəm və Robert Prosineçkiyə pərəstiş etmişəm”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Barselona”nın futbolçusu İvan Rakitiç "Marca"ya açıqlamasında deyib.

Xorvatiyalı yarımmüdafiəçisi hazırda Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində çalışan həmyerlisi Robert Prosineçkini kumiri hesab etdiyini bildirib: "Prosineçki “Real”, “Barselona” və “Sevilya”da oynayıb. O, xorvatlar üçün qəhrəmandır".

Daha çox


Son xəbərlər