"Bakı" "İnter"lə oyunun hazırlıqlarına start verdi

XƏBƏR 31 Mart 2010 / 15:33 1511
-  A +

Unibank Premyer Liqasının XXVI turu çərçivəsində səfərdə “İnter”in qonağı olacaq “Bakı” dünəndən etibarən qarşıdan gələn oyunun hazırlığına start verib. Qol.Az-ın məlumatına görə, klubun bazasında baş tutan məşqdə bütün futbolçular iştirak edib.

"Bakı" klubunun mətbuat xidmətindən bildirilib ki, zədəli olan Vadim Borets komandadan ayrı çalışıb. “Qəbələ” ilə son oyunda forma geyməyən Fabio Luis Ramim də artıq komandanın məşqlərində iştirak edir. Eyni zamanda bir müddət zədə səbəbindən kənarda qalan Xalidu Sissoko da tam gücü ilə çalışır. Hazırlıq prosesi təxminən 90 dəqiqə davam edib. Son ölkə çempionunun növbəti məşqi bu gün saat 16:00-da klub bazasında baş tutacaq.
 
 
 


Son xəbərlər