Səmədov azarkeşlərdən üzr istədi

Səmədov azarkeşlərdən üzr istədi
XƏBƏR 20 Avqust 2017 / 00:31 4809
-  A +

Moskva “Spartak”ının yarımmüdafiəçisi Aleksandr Səmədov Rusiya Premyer Liqasının 7-ci turunda “Lokomotiv”lə görüşdə meydandan qovulması haqda danışıb.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, azərbaycanlı futbolçu komandasını çətin vəziyyətdə qoyduğu üçün azarkeşlərdən üzr istəyib:

“Komandamdan, məşqçilər korpusundan və təbii ki, azarkeşlərdən üzr istəyirəm. “Spartak” bu gün məhz mənə görə uduzdu. Simulyasiya etmişdim? Qırmızı vərəqə aldım”.

Qeyd edək ki, Moskva derbisinin 45-ci dəqiqəsində Səmədov meydandan qovularkən “Spartak” 2:0 hesabı ilə öndə olsa da, yekunda “Lokomotiv” qələbə qazanıb - 4:3. 27-ci dəqiqədə rəqib hücumunu kobudluqla dayandırdığı üçün sarı vərəqə alan Səmədovu ilk yarının tamamında hakim simulyatsiyaya yol verdiyi üçün cəzalandırıb.


Son xəbərlər