Aleksis Sançes Parisə getdi - PSJ üçün

Aleksis Sançes Parisə getdi - PSJ üçün
DÜNYA FUTBOLU 15 Avqust 2017 / 13:35 6253
-  A +

"Arsenal"ın futbolçusu Aleksis Sançes PSJ ilə danışıqlar aparmaq üçün Parisə gedib.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, çilili hücumçu klubla transferin şərtlərini müzakirə edəcək.

Ancaq "Arsenal" klubu rəhbərliyi və baş məşqçi Arsen Vengerin bu transferə qarşı olduğu iddia edilir. London təmsilçisinin 28 yaşlı oyunçunu komandada saxlamaq üçün onu İngiltə Premyer Liqası tarixinin ən yüksək maaş alan oyunçusu etməyə hazır olduğu bildirilib.

Qeyd edək ki , A.Sançes 2014-cü ildən "Arsenal"da oynayır. O, indiyə kimi 103 matçda 53 qol vurub.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi