İsveçrədə 21:0

İsveçrədə 21:0
XƏBƏR 13 Avqust 2017 / 15:41 7323
-  A +

İsveçrə kuboku uğrunda yarışda rekord göstərici qeydə alınıb.

Qol.az-ın “Bild”ə istinadən yaydığı xəbərə görə, ikinci liqa təmsilçisi “Ksamaks” 5-ci liqada yarışan “Monkofon”u birinci turda 21:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “Monkofon” ötən mövsümü yekunlarına əsasən İsveçrə Futbol Federasiyasının feyr-pley mükafatına layiq görüldüyü üçün kubok yarışına buraxılıb.

Əlavə edək ki, buna qədər rekord 1947-ci ildə “Tavan”a 18:0 hesabı ilə qalib gələn “Qrenhen”ə məxsus idi.


Son xəbərlər