Milli komandamız «Roma» ilə eyni qrupda

XƏBƏR 29 Mart 2010 / 13:02 1900
-  A +

İtaliyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının rəqibləri müəyyənləşib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız C qrupunda «Roma» və «Ternana» klublarının müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq. Digər qrupların tərkibi aşağıdakı kimidir:

A qrupu
«Kalyari»
«Askoli»
«Rieti»
 
B qrupu
«Latsio»
«Den Haaq» (Hollandiya)
«Valle Del Giovenco»
Yığmamız ilk oyununu martın 31-də, Bakı vaxtı ilə saat 22:30-da «Ternana» komandası ilə keçirəcək. U-17 aprelin 2-də, Bakı vaxtı ilə saat 19:30-da «Roma» ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər