Topaz Premyer Liqasının klublarının rekordçuları

Topaz Premyer Liqasının klublarının rekordçuları
PREMYER LİQA 9 Avqust 2017 / 10:30 5266
-  A +

Bu həftə start götürəcək Topaz Premyer Liqasının 2017/18 mövsümündə 8 komanda iştirak edəcək.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, debütant “Səbail”dən başqa bütün klublar ölkə çempionatının yüksək dəstəsində ən azı bir neçə mövsüm keçirib. Bu üzdən hər klubun Premyer Liqada öz rekordçuları var. 7 klubun hər birinin heyətində ölkə çempionatında ən çox oyun keçirən və qol vuran rekordçuların siyahısı aşağıda qeyd olunan kimidir:

 

Klubların çempionatdakı oyun sayında rekordçuları

“Qarabağ” - Aslan Kərimov – 268

“İnter” - Vladimir Levin - 205

“Kəpəz” - Azər Məmmədov - 186

“Neftçi” - İqor Getman - 182

“Qəbələ” – Dodo - 131

“Sumqayıt” - Slavik Alxasov - 126

“Zirə” - Viktor İqbekoyi - 56

 

Klubların çempionatdakı qol sayında rekordçuları

“Qarabağ” - Müşfiq Hüseynov - 109

“Neftçi” - Samir Ələkbərov - 99

“Kəpəz” - Fazil Pərvərov - 80

“İnter” - Baçana Sxadadze - 31

“Qəbələ” - Viktor Mendi - 29

“Sumqayıt” - Pərdis Fərcad-Azad - 22

“Zirə” - Nelson Bonilla - 14


Son xəbərlər