"Arzum budur ki, "Şalke" ilə rəsmi oyunda görüşək" - Elxan Abdullayev

"Arzum budur ki, "Şalke" ilə rəsmi oyunda görüşək" - Elxan Abdullayev
XƏBƏR 27 İyul 2017 / 20:51 2763
-  A +

"Oyun çox ağır keçdi. Hava şəraitinə baxmayaraq, oyundan razı qaldım. Futbolçular yaxşı oynadı”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev Avstriya toplanışı çərçivəsində Almaniyanın “Şalke” klubuna 0:1 hesabı ilə uduzduqları yoxlama görüşünü şərh edərkən deyib.

Klub telekanalına müsahibə verən 47 yaşlı mütəxəssis bildirib ki, Bundesliqada çıxış edən “Şalke” ilə rəsmi matçda üz-üzə gəlməyi arzulayır: Arzum budur ki, bugünkü rəqiblə yoldaşlıq görüşündə deyil, rəsmi qarşılaşmada görüşək”.

Daha çox


Son xəbərlər