"Kəpəz"də 3 günlük istirahət

"Kəpəz"də 3 günlük istirahət
XƏBƏR 26 İyul 2017 / 20:59 1453
-  A +

Təlim-məşq toplanışının ikinci hissəsini Türkiyənin Ərzurum şəhərində keçirən "Kəpəz"in əsas komandasının üzvləri istirahətə buraxılıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, futbolçulara 3 günlük istirahət verilib. "Sarı-göylər" hazırlığa iyulun 29-da başlayacaq. Heyət Bakıda bir araya gələcək.

 İlk məşq prosesi saat 18:00-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionuna təyin olunub.

Daha çox


Son xəbərlər