Mahir Şükürovun komandası ÇSKA-ya məğlub oldu

XƏBƏR 26 Mart 2010 / 22:51 1888
-  A +

Milli komandamızın müdafiəçisi Mahir Şükürovun komandası "Anji" Rusiya çempionatının III turu çərçivəsində növbəti matçını keçirib. Qol.Az-ın məlumatına görə, Mahaçqala təmsilçisi öz meydanında ÇSKA-ya 1:2 hesabı ilə məğlub olub. Qeyd edək ki, həmyerlimiz keçən tur "Amkar"la qarşılaşmada qırmızı vərəqə aldığından bugünkü matçı buraxmalı olub. "Anji" üç oyundan qazandığı bir xalla turnir cədvəlinin on beşinci pilləsində qərarlaşır.

Daha çox


Son xəbərlər