İtaliya millisinin üzvü "Yuventus"da - rəsmi

İtaliya millisinin üzvü "Yuventus"da -  rəsmi
XƏBƏR 25 İyul 2017 / 00:20 3622
-  A +

“Yuventus” heyətinə yeni oyunçu cəlb edib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, turinlilər “Fiorentina”nın hücumçusu Federiko Bernardeskini transfer edib. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Bernardeskinin transferi üçün “Yuventus”un qarşı tərəfə 40 milyon avro təzminat ödədiyi bildirilir.

Qeyd edək ki, ötən mövsüm “Fiorentina”da 42 matça çıxan İtaliya millisinin üzvü  14 qol vurub, 5 məhsuldar ötürmə edib.

Daha çox


Son xəbərlər