Foqts futbolçu seçiminə başladı

Foqts futbolçu seçiminə başladı
XƏBƏR 26 Mart 2010 / 14:40 2022
-  A +

Martın 25-də və 26-da Olimpiya Yığmalarının Təlim-Məşq Mərkəzində 1998-1999 və 1996-1997-ci il təvəllüdlü uşaqlar üçün AFFA tərəfindən seleksiya günləri təşkil olunub. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 25-də keçirilən seleksiya prosesində 117, martın 26-da isə 105 uşaq iştirak edib.
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts, AFFA-nın Texniki direktoru Bernhard Lippert, 17 yaşadək futbolçulardan ibarət yığma komandanın baş məşqçisi Oliver Pelzer və AFFA-nın seleksiyaçı-məşqçiləri seleksiya prosesində iştirak edən uşaqların verilən tapşırıqları icra etmək məharətini izləyib, müvafiq qeydlər aparıblar.

Daha çox


Son xəbərlər