"Qəbələ" Afina hazırlığına start verdi

"Qəbələ" Afina hazırlığına start verdi
XƏBƏR 24 İyul 2017 / 09:45 2109
-  A +

Avropa Liqasının III təsnifat mərhələsində Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq “Qəbələ” səfərdəki ilk oyunun hazırlıqlarını davam etdirir.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Polşanın “Yagelloniya” klubu ilə II təsnifat mərhələsinin cavab matçından sonra iki gün Varşavada məşq edən “qırmızı-qaralar” dünən Afinaya gedibb.

"Qırmızı-qaralar” günün ikinci yarısında Afinada ilk məşqinə çıxıb. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetirib. Zədə səbəbindən “Yagelloniya” ilə qarşılaşmalarda iştirak edə bilməyən Baqali Dabo artıq kollektiv çalışmalara qatılıb.

Xatırladaq ki, iyulun 27-də Afinadakı “Apostolos Nikolaidis” stadionunda keçiriləcək “Panatainaikos” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi