"Səbail" Ərəbistan klubuna uduzdu

"Səbail" Ərəbistan klubuna uduzdu
XƏBƏR 21 İyul 2017 / 13:15 2112
-  A +

Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Səbail” ikinci yoxlama oyununu keçirib.

Qol.az məlumatına görə, yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq paytaxt təmsilçisi Səudiyyə Ərəbistanının "Əl-İttifaq" komandası ilə qarşılaşıb. "Səbail” 1:4 hesabı ilə uduzub. Komandanın yeganə qolunu Murad Ağayev vurub.

Qeyd edək ki, "Səbail"in növbəti rəqibi iyulun 24-də "Paxtakor" (Özbəkistan) olacaq. Samir Əliyevin komandası ilk yoxlama matçında Omanın U-23 yığması ilə qolsuz heç-heçə edib.

Daha çox


Son xəbərlər