Ramil Şeydayev üçün erkən vida

Ramil Şeydayev üçün erkən vida
XƏBƏR 20 İyul 2017 / 00:18 6675
-  A +

Milli komandamızın hücumçusu Ramil Şeydayev UEFA Çempionlar Liqasında növbəti oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, 20 yaşlı forvardın formasını geydiyi “Jilina” II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə “Kopenhagen”in qonağı olub.

Şeydayev oyunun 66-cı dəqiqəsində meydana daxil olub.

Matç “Jilina”nın 2:1 hesablı qələbəsi ilə başa çatsa da, Slovakiya çempionu mərhələ adlaya bilməyib.

Belə ki, “Kopenhagen” ilk matçda 3:1 hesablı qələbə qazandığından Ramilin komandası qitənin mötəbər klub turniri ilə vidalaşıb.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi