Totti “Roma”dakı yeni işini açıqladı

Totti “Roma”dakı yeni işini açıqladı
XƏBƏR 18 İyul 2017 / 01:00 3360
-  A +

“Roma”nın canlı əfsanəsi Françesko Totti doğma klubunda çalışacaq.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə veteran hücumçu özü məlumat verib. O, yaxın vaxtlarda “Roma”nın idman direktoru təyin ediləcəyini deyib:

“Mən həyatımın bir hissəsini – futbolçu karyeramı başa vurdum. İndi mənim qarşımda daha vacib vəzifə durur – “Roma”nın idman direktoru oluram. Düşünürəm ki, meydanda etdiklərimdən az iş görməyəcəm”.

Xatırladaq ki, peşəkar karyerası ərzində (1992 - 2017) yalnız “Roma”da oynayan 40 yaşlı Totti  bu komandada 25 il ərzində 786 oyunda meydana çıxıb, 307 qol vurub və 197 qolun ötürməsini edib. O, ötən mövsümün sonunda futbolçu karyerasını başa vurub.

Daha çox


Son xəbərlər