“Qalatasaray” Marianonu gətirdi

“Qalatasaray” Marianonu gətirdi
XƏBƏR 16 İyul 2017 / 18:19 4509
-  A +

“Qalatasaray”ın “Sevilya”dan transfer etməyə hazırlaşdığı Mariano İstanbula gedib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 31 yaşlı braziliyalı sağ cinah müdafiəçisini hava limanında klubun nümayəndələri və bir qrup azarkeş qarşılayı. Mariano tibbi müayinədən keçdikdən sonra “sarı-qırmızı”lılarla müqavilə bağlayacaq.

Artıq “Qalatasaray” bu transferlə bağlı “Sevilya” ilə danışıqlara başladığını rəsmən açıqlayıb.

Qeyd edək ki, Mariano karyerası ərzində Braziliyada "Fluminense", Avropada "Bordo" və "Sevilya" kimi tanınmış komandalarda oynayıb. 


Son xəbərlər