Mübariz Mənsimovdan 25 milyon dollar!

Mübariz Mənsimovdan 25 milyon dollar!
DÜNYA FUTBOLU 23 Mart 2010 / 22:08 3063
-  A +

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov Avropa futbolunun iki ulduzunu İstanbulun «Beşiktaş» klubuna gətirəcəyinə söz verib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, «Beşiktaş» növbəti mövsüm üçün superheyət qurmaq niyyətindədir. M.Mənsimov adları «Qara qartal»ın transfer siyahısında olan üç ünlü futbolçudan (Babel, Krasiç və Pavlyuçenko) ikisini komandasına gətirməyi vəd edib. Bu transferlər üçün təxminən 50 milyon dollar ayrıldığı, bunun 25 milyon dollarının Mübariz Mənsimov tərəfindən ödəniləcəyi, azərbaycanlı iş adamının bununla bağlı zəmanət məktubunu «Beşiktaş»ın prezidentinə göndərdiyi bildirilir.


Son xəbərlər