"İnter"ə qarşı oynamayacaq - "Mladost"da itki

"İnter"ə qarşı oynamayacaq -  "Mladost"da itki
XƏBƏR 29 İyun 2017 / 14:20 1751
-  A +

Avropa Liqasında I təsnifat mərhələsində bu gün Bakı "İnter"i ilə qarşılaşacaq "Mladost" oyuna itki ilə çıxacaq.

Qol.az-ın xəbərinə görə, Serbiya klubunun hücumçusu Nikola Zvrko zədə səbəbindən bügünkü görüşü buraxacaq.

Bu barədə məlumatı komandanın baş məşqçisi Nenad Milavanoviç oyun üçün təşkil olunan mətbuat konfrasnında verib. Futbolçunun hazırda bərpa prosesi keçdiyini deyən baş məşqçi onun cavab matçına qədər hazır olacağını bildirib.

Qeyd edək ki, "Mladost" - "İnter" oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Daha çox


Son xəbərlər