"Zirə"nin rəqibində yeni hücumçu

"Zirə"nin rəqibində yeni hücumçu
XƏBƏR 27 İyun 2017 / 11:09 2231
-  A +

"Zirə"nin Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi "Differdanj" heyətinə yeni futbolçu cəlb edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Lüksemburq təmsilçisi Şadli Amrini transfer edib. Əlcəzair millisinin sabiq hücumçusu ilə 1+1 illik müqavilə imzalanıb.

Onun adı “Zirə” ilə oyunun iştirak ərizəsinə salınıb.

Qeyd edək ki, Ş.Amri son olaraq Almaniyanın Regional Liqasında “Homburq”da oynayıb.

Daha çox


Son xəbərlər