Ya üç xal qazan, ya da istefa ver!

Ya üç xal qazan, ya da istefa ver!
DÜNYA FUTBOLU 17 Mart 2010 / 17:17 2753
-  A +

Qazaxıstan Futbol Federasiyasının (QFF) rəhbərliyi milli komandanın baş məşqçisi Bernd Ştorka xəbərdarlıq edib. Qol.Az-ın Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, QFF bəyan edib ki, əgər milli komanda «Avro-2012»də ən azı üç xal toplamasa, Ştork tutduğu vəzifədən azad ediləcək. Məlumatda qeyd edilir ki, QFF-nin məqsədi gələcək üçün komanda yaratmaqdır. Komandada gənc və istedadlı futbolçuların olduğunu qeyd edən qazax mətbuatı millinin məqsədinin «Avro-2016»nın final mərhələsinə çıxmaq olduğunu yazıb.
Xatırladaq ki, Qazaxıstan millisi «Avro-2012»nin seçmə mərhələsində Azərbaycan komandasının rəqiblərindən biridir.


Son xəbərlər