Stadionda faciə - 4 nəfər öldü

Stadionda faciə -  4 nəfər öldü
XƏBƏR 29 May 2017 / 18:12 3645
-  A +

Hondurasda futbol matçı zamanı faciə baş verib.

Qol.az-ın xəbərinə görə,  çempionun kimliyini bəlli edəcək “Motaqua” -  “Honduras Proqreso” oyunundan öncə yaranan izdihamda 4 nəfər ölüb.

Oyundan öncə stadiona girməyə çalışan azarkeşlərlə polis arasında qarşıdurma yaranıb.
Polisin verdiyi açıqlamaya görə, 30 min azarkeş tutumuna malik olan stadionda keçirilən görüşə  daha çox bilet satılıb. Bu səbəbdən bəzi azarkeşlər bileti olduğu halda stadiona buraxılmayıb və izdiham yaranıb.

Qeyd edək ki, qarşıdurama zamanı daha 25 nəfərin yaralandığı bildirilir.


Son xəbərlər