"Qəbələ"dən 5 cavabsız qol

"Qəbələ"dən 5 cavabsız qol
XƏBƏR 29 May 2017 / 15:40 2405
-  A +

Gürcüstanın paytaxtı Tbilisidə təşkil edilən Nodar Axalkatsinin xatirəsinə həsr olunan turnirdə qrup mərhələsinə yekun vurulub.

Qol.az-ın xəbərinə görə, “Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası III turda yerli “Telavi” ilə qarşılaşıb.

Namiq Əliyevin baş məşqçisi olduğu komanda ardıcıl ikinci böyükhesablı qələbəsini qazanıb – 5:0. “Qırmızı-qaralar”ın heyətində Həsən Nəzərli, Cümə Hüseynov, İlkin Budaqov, Ziya Şəkərxanov və Samir Musayev qol sevinci yaşayıb. İlk turda Tbilisi “Dinamo”suna 1:3 hesabı ilə uduzub, ardınca “Saburtalo-2”ni 4:0 hesabı ilə məğlub edən “Qəbələ” qrip mərhələsini 6 xalla tamamlayıb.

“Qırmızı-qaralar” bu nəticə ilə 1/4 finala yüksəlib. Mayın 31-də baş tutacaq qarşılaşmada təmsilçimizın rəqibi “Saburtalo” olacaq.

Daha çox


Son xəbərlər