70 min azarkeş Totti forması geyindi, əfsanəni yola saldı – Şəkillər

70 min azarkeş Totti forması geyindi, əfsanəni yola saldı – Şəkillər
XƏBƏR 29 May 2017 / 10:39 6072
-  A +

Dünən A seriyasının “Cenoa”ya qarşı keçirilən sonuncu turunun matçında “Roma”nın hücumçusu Françensko Totti futbolda son oyununu keçirərək karyerasını başa vurub.

Qol.az-ın xəbərinə görə, paytaxt klubunun 70 minədək sadiq azarkeşi canlı əfsanəyə sevgilərini bildirmək üçün stadiona Totti yazılı formalarla gəliblər. Bundan başqa, Romanın sərnişin avtobuslarının elektron tablosunda “Təşəkkürlər, kapitan” sözləri yazılıb.

Xatırladaq ki, 41 yaşlı Totti peşəkar karyerası ərzində (1992 - 2017) yalnız bir klubda – “Roma”da oynayıb. O, bu komandada 25 il ərzində 786 oyunda meydana çıxıb, 307 qol vurub və 197 qolun ötürməsini edib.














































Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər