Rəşad Sadıqovun klubunun prezidenti aclıq aksiyasına başladı

Rəşad Sadıqovun klubunun prezidenti aclıq aksiyasına başladı
DÜNYA FUTBOLU 16 Mart 2010 / 02:45 2384
-  A +

Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun keçmiş klubu, Türkiyənin «Kocaelispor» klubunun prezidenti Muammer Çelik bütün çağırışlarına rəğmən komandasına maddi dəstək verilmədiyinə görə aclıq aksiyasına başlamaq qərarına gəlib. Qol.Az-ın Türkiyənin «Hürriyyət» qəzetinə istinadən verdiyi məlumata görə, komandanın bazasında aclığa başlayan Çelik klubun maddi baxımdan böyük sıxıntı içində olduğunu, rəhbərlik olaraq hər şeyi etmələrinə baxmayaraq, səylərinin nəticə vermədiyini söyləyib. O, bu addımını «Kocaelispor»a diqqət çəkmək üçün atdığını da bildirib: «Mən bunu şəxsi istəyimə görə deyil, «Koсaelispor»un mənafeyi üçün edirəm.Komandamızın dağılmasına heç bir zaman imkan verməyəcəyik. Hazırda «Kocaelispor»un tərəfdarlarından başqa kimsəsi yoxdur. Aclıq aksiyasını sona qədər, bu şəhərin bu komandaya sahib çıxmasına qədər davam etdirəcəyəm. Belə vəziyyətdə çıxış yolu yalnız bu cür etiraz üsullarına əl atmaqdır».

 

 


Son xəbərlər