Honda "Milan"dan gedir - rəsmi

Honda "Milan"dan gedir -  rəsmi
XƏBƏR 22 May 2017 / 13:21 2582
-  A +

"Milan"la müqaviləsi başa çatan Keysuke Honda komandadan ayrılacağını açıqlayıb.

Qol.az-ın xəbərinə görə, yaponiyalı yarımmüdafiəçi sosial şəbəkə vasitəsi ilə azarkeşlərlə vidalaşıb:

“Əziz “Milan” azarkeşləri hamınız sağolun. Komandada 3 il yarım çıxış etdim. Düzdür, mənə asan olmadı, ancaq bu müddət ərzində şəxsiyyət kimi formalaşdım. Artıq mövsümün sonudur, müqaviləm başa çatır və “Milan”ı tərk edirəm. Ancaq ümid edirəm ki, tezliklə sizinlə görüşəcəm”.

Qeyd edək ki, 31 yaşlı futbolçu 2014-cü ildən “Milan”da çıxış edir. O, bu müddət ərzində 90 oyuna 11 qol vurub.

Daha çox


Son xəbərlər