Mariya Stadnik çempion oldu – medalı Mehriban Əliyevadan aldı

Mariya Stadnik çempion oldu – medalı Mehriban Əliyevadan aldı
XƏBƏR 21 May 2017 / 20:08 2944
-  A +

Olimpiya Oyunlarının üçqat medalçısı, dünya və altıqat Avropa çempionu Mariya Stadnik mayın 21-də IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanaraq uğurları sırasına İslamiadanın qalibi adını da əlavə edib.

48 kiloqram çəki dərəcəsində yarışan Mariya Stadnik finalda türkiyəli Evin Demirhan üzərində təmiz qələbə qazanaraq İslamiadada Azərbaycanın aktivinə 70-ci qızıl medalı yazdırıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final görüşünə baxıblar.

Mariya Stadnik ilk görüşdə əlcəzairli rəqibi Xeyra Çeyma Yahyaoi üzərində vaxtından əvvəl tam üstünlüklə qələbə qazanıb. Həlledici görüşdə E.Demirhana da qalib gələn M.Stadnik IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Bu çəki dərəcəsində bürünc medalları Əlcəzair idmançısı Xeyra Çeyma Yahyaoi aktivinə yazdırıb.

Sonra qaliblərin mükafatlandırılması mərasimi olub.

Qalib idmançılara medalları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva təqdim edib.

Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb (Azərtac).

Daha çox


Son xəbərlər