Buffonun 8-ci çempionluğu

Buffonun 8-ci çempionluğu
XƏBƏR 21 May 2017 / 19:34 2534
-  A +

“Yuventus”un qapıçısı Canluici Buffon karyerasında 8-ci İtaliya çempionluğunu qazanıb.

Qol.az-ın xəbərinə görə, bununla da o, Covanni Ferrari və Cüzeppe Furinoya çatıb.

Qeyd edək ki, 39 yaşlı futbolçunun “Yuventus”la qazandığı daha 2 çempionluq (2004/05 və 2005/06 mövsümlərində) isə ləğv edilib. Buna Turin klubunun danışılmış oyunlarda iştirakı səbəb olub.


Son xəbərlər