Onlar da elitanı tərk etdilər

Onlar da elitanı tərk etdilər
DÜNYA FUTBOLU 15 May 2017 / 12:13 3796
-  A +

La Liqanı tərk edən üçüncü komanda da müəyyənləşib.

Qol.az-ın məlumatına görə, son iki matçda qələbəyə baxmayaraq, "Sportinq"in (Xixon) birinci diviziona düşəcəyi dəqiqləşib.

Hazırda 30 xalla turnir cədvəlinin 18-ci pilləsində olan komanda 17-ci yerdəki "Deportivo"dan 3 xal geridə qalır. "Sportinq" son turda qələbə qazansa, "Deportivo" uduzsa belə, Xixon təmilçisi şəxsi görüşlərin nəticəsinə görə (1:2, 0:1) yenə 18-ci pillədə qalacaq.

Qeyd edək ki, bundan əvvəl "Qranada" və "Osasuna"nın elitanı tərk edəcəyi dəqiqləşib.


Son xəbərlər