“Tottenhem” “Uembli”yə köçür

“Tottenhem” “Uembli”yə köçür
XƏBƏR 28 Aprel 2017 / 22:49 2690
-  A +

“Tottenhem” növbəti mövsümdən ev oyunlarını “Uembli” stadionunda keçirəcək.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun prezidenti Daniel Levi məlumat verib. O, yeni stadionun inşasına başladıqları üçün bu qərarı verdiklərini deyib:

“Artıq yeni evimiz “Uembli” olacaq. Ancaq tez bir zamanda öz stadionumuza qayıtmaq istəyirik. Yeni inşa edəcəyimiz stadion klub olaraq böyüməmizə, daha tez inkişa etməyimizə kömək olacaq”.

Qeyd edək ki, İngiltərə klubu 1899-cu ildən rəqiblərini 36 min azarkeş tutuman malik olan "Vayt Hart Leyn" stadionunda qəbul edirdi.

Daha çox


Son xəbərlər