"Monako" 80 milyon avroya Mbappenin bir ayağını satar"

"Monako" 80 milyon avroya Mbappenin bir ayağını satar"
XƏBƏR 28 Aprel 2017 / 20:02 4152
-  A +

Federiko Pastorelo agenti olduğu "Monako"nun futbolçusu Kilian Mbappe barədə açıqlama verib.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, o, 18 yaşlı hücumçunun qiymətinin 80 milyon avrodan çox olduğunu deyib:

“Mbappe üçün 80 milyon avro? Bu məbləğə "Monako" onun bir ayağını satar. Kilian mənə Tyerri Anri və Trezeqenin xatırladıq. O, möhtəşəm istedada sahibdir və çox ağıllı futbolçudur".

F.Pastorelo dünya futbolunda K.Mbappeni transfer edə biləcək 4 klub olduğunu söyləyib:

 “Real”, “Barselona”, “Mançester Siti” və “Mançester Yunayted” onu transfer edə bilər. Ancaq məncə, Kilianın bu yayda “Monako”nu tərk etməsi düzgün seçim olmaz. Hazırda o, çox yüksəklərdədir və onun səviyyəsində gənc futbolçu yoxdur. Növbəti mövsümdə daha böyük işlər görə bilər”.  

Daha çox


Son xəbərlər